logo

Almaniya istənilən halda Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir

Views: 137

“Bloomberg” agentliyi hökumətdəki mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı sanksiyaların növbəti mərhələsi çərçivəsində bütün Avropanı əhatə edən qadağa ilə bağlı razılığa gələ bilməsə belə, Almaniya ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırır.

Kansler Olaf Şolts administrasiyası artıq alternativ təchizatçılarla sövdələşmələr əldə etmək üçün səylər göstərir və hökumət əmindir ki, qalan maddi-texniki problemləri də növbəti altı-yeddi ay ərzində həll edə bilər.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Şolts hökuməti Avropanın Rusiyaya qarşı sanksiyaları çərçivəsində öz milli planını təbliğ etmək niyyətindədir. Eyni zamanda, mənbələr kəsiri hansı ölkələrin ödəyəcəyini dəqiqləşdirməyiblər.

Bu arada agentlik xəbər verir ki, Şoltsun mayın 12-də Hollandiyanın baş naziri Mark Rutte ilə görüşündə, həmçinin bir gün sonra Berlində Qətər əmiri Təmim bin Həməd Əl Tani ilə danışıqlarda əsas mövzu neft sanksiyaları və enerji təhlükəsizliyi olub.

Caspian Barrel

0

Your Cart