logo

Aİ Azərbaycanla qaz və yaşıl enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Views: 205

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji əməkdaşlığı genişlənmə potensialına malikdir

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

“Enerji sektoru uğurla inkişaf edən ticarət münasibətləri ilə yanaşı, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın vacib sahələrindən biridir”, – deyə o bildirib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Aİ ilə Azərbaycan arasında ən böyük layihələrdən biri, bu sektorda uğurla inkişaf etməkdə olan tərəfdaşlığın nümunəsidir.

“Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı həm də bərpa olunan enerji mənbələri sektoruna da aiddir. “Yaşıl” enerji həm Aİ, həm də Azərbaycan üçün vacib sahələrdəndir”, – P.Mixalko deyib.

trend

0

Your Cart