logo

SOCAR I rüb üçün Azərbaycan neftinin orta qiymətini açıqladı

Views: 456

2022-ci ilin I rübündə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti CIF müqavilələr üzrə $102,68 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov məlumat verib.

Xatırladaq ki, 2021-ci ilin yanvar-mart aylarında “Azeri Light” markalı neftin bir barelinin orta ixrac qiyməti $61,6 təşkil etmişdi.

Beləliklə, Azərbaycan neftinin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə $41,08 və ya 1,7 dəfə artıb.

Azərbaycanın 2022-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarına bərabər müəyyənləşdirilib.

2021-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $71,6 (2020-ci ildə $43,7) təşkil edib.

Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.

0

Your Cart