logo

İ.Əliyev: TAP-ı bir aya genişləndirmək olmaz

Views: 232

Azərbaycan qazının İtaliyaya nəqli iki dəfə artırıla bilər, lakin bunun üçün Trans-AdriatikBoru kəmərinin (TAP) gücü artırılmalıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

“TAP qaz kəmərinin gücü əlavə kompressor stansiyalarının quraşdırılması hesabına 20 milyard kubmetrədək artırıla bilər. Mən indi texniki detallar barədə təfsilatı ilə danışmaq istəmirəm, lakin bunun üçün tələb olunur ki, TAP boru kəmərinin səhmdarları birgə fikrə gələrək müvafiq investisiya qərarı qəbul etsinlər. Lakin, anlamaq lazımdır ki, bu məsələni bir aya həll etmək olmaz”, – Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.

O qeyd edib ki, TAP-ın gücünün artırılması ilə İtaliyaya qaz nəqli iki dəfə arta bilər. “Mən bu məsələni İtaliya Respublikasının Nazirlər Şurasının sədriMario Draqivə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə müzakirə etmişəm”, – Əliyev bəyan edib.

Prezidentin sözlərinə görə, 2022-ci ildə İtaliyaya qaz nəqli təqribən 10 milyard kubmetr təşkil edəcək.

interfax

0

Your Cart