logo

bp dayazsulu Abşeronda üçüncü kəşfiyyat quyusunu qazmağa başlayıb

Views: 413

Aprelin 3-də Xəzərin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsində bp şirkəti üçüncü kəşfiyyat quyusunu qazmağa start verib.

“bp-Azərbaycan” şirkətinin bu gün axşam yaydığı məlumatda bildirilir ki,
Abşeron yarımadasının dayazsulu hissəsi (Shallow Water Absheron Peninsula, SWAP) layihəsi çərşivəsində üçüncü kəşfiyyat quyusu
“Satti” özüqalxan qazma qurğusu vasitəsilə həyata keçirilir.

Caspian Barrel xatırladır ki, qazma işləri üzrə bp-nin podratçısı “Caspian Drilling Company” şirkətidir (SOCAR-ın törəmə şirkəti).

bp-nin məlumatında qeyd edilir ki, qazma işləri müqavilə sahəsinin cənub-qərb perspektiv hissəsində aparılır.

“Bu, SWAP layihəsi üzrə kəşfiyyat dövrü ərzində qazılacaq sonuncu quyudur. Bu quyunun qazma əməliyyatları təxminən 3 ay davam edəcək. Quyunun layihə dərinliyi 2155 metr planlaşdırılıb. Kəşfiyyat quyusu sahildən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır”, – “bp-Azerbaijan”ın məlumatında bildirilir.

Məlumata əsasən, bundan sonra əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.

0

Your Cart