logo

“Bloomberg” İtaliyanın qazı pulunu rublla ödəməkdən imtina etməsindən xəbər tutub

Views: 225

Avropa İttifaqı bunu qanun pozuntusu hesab edərsə, İtaliya qazın pulunu rublla ödəməyəcək

“Bloomberg” agentliyi müəyyən edib ki, Avropa İttifaqı bunu Rusiyaya qarşı tətbiq edilən sanksiyaların pozulması hesab edərsə, İtaliya hakimiyyəti qazın pulunu rublla ödəməkdən imtina etmək niyyətindədir.

Agentliyin mənbələri bildiriblər ki, Avropa İttifaqı ilkin qiymətləndirmə zamanı belə qənaətə gəlib ki, Rusiya Federasiyasının qazın pulunu rublla ödəmək şərtləri iqtisadi sanksiyaların pozulmasıdır.

İtaliya hökuməti hüquqi ekspertizanın başa çatmasını və bu məsələ ilə bağlı Brüsselin mövqeyinin yekun qiymətləndirilməsini gözləyir.

2021-ci ildə İtaliya Rusiyadan qaz idxalına görə Avropa ölkələri arasında ikinci yerdə olub. Ölkə 26 milyard kubmetrdən çox Rusiya qazı idxl edib.

Caspian Barrel

0

Your Cart