2022-ci ilin birinci rübündə Azərbaycanın gömrük orqanlarında bəyan edilmiş neftin ixracı 5 milyon 887 min 523,51 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır.
Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixrac edilən neftin ümumi dəyəri 3 milyard 680 milyon 31,85 min dollar təşkil edib. Cari ilin ilk rübündə 38,1% artım qeydə alınıb.
Caspian Barrel “İnterfaks-Azərbaycan” agentliyinə istinadən bildirir ki, 2022-ci ilin yanvar-mart aylarında neftin ümumi ixrac strukturunda xüsusi çəkisi 46,11% (2021-ci ilin birinci rübündə 64,4%) təşkil edib.
2022-ci ilin yanvar-mart aylarında Azərbaycanın ixrac neftinin orta qiyməti bəyan edilmiş qiymətlərə görə, 83,3 dollar/barel təşkil edib.
Hesabat dövründə 17 ölkə Azərbaycan neftinin alıcısı olub. Onların arasında 2022-ci ilin birinci rübündə “qara qızıl”ın bütün ixracının 40,4%-ni özünə cəlb edən İtaliya əsas alıcı olaraq qalır.
İtaliya ilə yanaşı, TOP-3 alıcılar arasında Portuqaliya və İsrail də var. Ukrayna 2022-ci ilin yanvar-mart aylarında üçüncü yerdən dördüncü yerə keid edib.