logo

Yanvarda Azərbaycan xaricə 2 milyard kub metr qaz satıb

Views: 413

2022-ci ilin yanvar ayında Azərbaycanda 4,1 milyard kub metr təbii qaz hasil edilib ki, bunun da təqribən 48,5%-i ixraca yənəldilib.

Caspian Barrel Azərbaycan Energetika nazirliyinin məlumatına əsasən xəbər verir ki, qazın 1,2 milyard kub metri AÇG-dən, 2,2 milyard kub metri “Şahdəniz”dən, 0,7 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 2 milyard kub metr təşkil edib. Türkiyəyə təqribən 0,8 milyard kub metr, Avropaya təqribən 0,8 milyard kub metr, Gürcüstana isə 0,4 milyard kub metr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kub metrdən çox qaz nəql olunub.

0

Your Cart