logo

İran dünya bazarını neftlə təmin etməyə hazır olduğunu bəyan edib

Views: 167

İran neft bazarının tələbatını ödəməyə tam hazırdır.

FED.az xəbər verir ki,bunu İranın milli neft şirkətinin baş direktoru Möhsin Xocəstəmehr deyib.

O bildirib ki, İran dünya neft bazarına maksimum həddə neft ixrac etməyə hazırdır. “İran neftinin dünya bazarına qayıtması bu məhsulun qiymətini maksimum həddə sabitləşdirəcək. Avropanın neft emalı zavodları İranı davamlı və sabit enerji təminatçısı kimi tanıyırlar. Elə bu səbəbdən avropalılar çalışır ki, İran neft bazarına geri dönsün”.

M.Xocəstəmehr qeyd edib ki, İranın Milli Neft Şirkəti Avropa şirkətlərinə və digər dünya şirkətlərini “qara qızıl”la təmin etmək üçün tam hazırdır.

Caspian Barrel bildirir ki, bir qədər əvvəl İran rəsmiləri qlobal bazara gündəlik olaraq 1,5 mln barel neft ixrac etdiklərini bəyan etmişdilər.

Xatırladaq ki, 2012-ci ildən İran İslam Respublikası ABŞ və Avropanın sərtləşdirilmiş sanksiyaları altındadır və bu səbəbdən də dünya bazarına neft ixracı gündəlik olaraq 1 mln barel azalıb.

0

Your Cart