logo

Azərbaycanın neft və kondensatının 76%-ni bp çıxarır

Views: 490

2022-ci ilin yanvar ayında Azərbaycanda 2,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Caspian Barrel Azərbaycan Energetika nazirliyinin məlumatına əsasən xəbər verir ki,  ölkə üzrə neft hasilatının 1,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.

Bu məlumatdan aydın olur ki, 2022-ci ilin yanvarında Azərbaycanda hasil edilən neft və kondensatın 75,9%-i bp şirkətinin operatorluğu altında həyata keçirilib.

Hesabat dövründə 2,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2,2 milyon tondan çoxu AÇG və Şahdəniz layihələrinin (operatoru bp şirkətidir), 79,8 min tonu isə SOCAR-ın payına düşür.

0

Your Cart