Rusiyanın Ukraynaya hərbiu müdaxiləsinin uzanması və Qərblə Rusiya arasında iqtisadi-siyasi münasibətlərin indiyə qədər görünməmiş gərgin hala çatması Avropada qazın qiymətlərinini təxminən 1700 dollara qədər bahalaşmasına səbəb olub.
Caspian Barrel bazar iştirakçılarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12 radələrində Londonun əmtəə birjası İCE-də qazın 1000 kubmetrinin qiyməti 20%-dən çox bahalaşaraq 1697 dollara qədər yüksəlib.
Xatırladaq ki, dünən London birjası bağlanarkən qaz qiymətləri 1400 dollar ətrafında ticarət edilirdi.