logo

Azərbaycanın 2021-ci ildə qaz ixracından əldə etdiyi gəlir açıqlanıb

Views: 448

2021-ci ilin yekunlarına əsasən, Azərbaycanın qaz ixracından dəyər ifadəsində gəliri 2,3 dəfə artıb

Caspian Barrel AR Dövlət Statistika Komitəsinin 2021-ci ilin ticarət bülleteninə istinadən xəbər verir ki, Azərbaycan 18 milyard 944,9 milyon kubmetr qaz ixrac edib. 

Ötən il həcm etibarı ilə Azərbaycanın qaz ixracı 2020-ci illə müqayisədə 36,9% artıb.

Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $6 milyard 468 milyon 717,5 min təşkil edib. Bu da 2020-ci illə müqayisədə 2,3 dəfə artım deməkdir.

2021-ci ilin nəticələrinə görə, Azərbaycan qazı 5 ölkəyə: Gürcüstana, Türkiyəyə, İtaliya, Yunanıstan və Bolqarıstana ixrac edib. Bundan əlavə, Azərbaycan Naxçıvan Muxtar Respublikasının mavi yanacaqla təminatını həyata keçirmək üçün İran İslam Respublikası ilə 2005-ci ildən başladığı swap (dəyiş-düyüş) əməliyyatlarını davam etdirib.

0

Your Cart