logo

OPEC+ Azərbaycanın neft hasilatı kvotasını daha 7 min barel artırdı

Views: 447

2022-ci ilin fevral ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın neft hasilatı üzrə kvotası 7 min barel – 668 min barelə qədər artırılacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.

“OPEC+ ölkələrin nazirlərinin 24-cü iclasında gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan razılıq verib. Bu qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatı 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılacaq”, – Energetika Nazirliyinin məlumatında qeyd olunur.

Nazirlikdən bildirilir ki, gündəlik neft hasilatının gələn ay 7 min barel artırılması ilə 2022-ci ilin fevral ayında ixtisarla bağlı öhdəlik 50 min barel həcmində olacaq.

OPEC+ ölkələrin nazirlərinin növbəti iclası 2 fevral 2022-ci il tarixində keçiriləcək. 

interfax.az

0

Your Cart