logo

Azərbaycanda nə qədər səmt qazı hasil edilib?

Views: 208

Ötən il Azərbaycanın neft yataqlarından 15065 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 13,2% çoxdur.

​Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 13307 mln. kubmetr səmt qazı ha­sil edilib. Hesabat dövründə Azərbaycanda istehsal edilən sə­mt qazının 4 477 ml­n. kubmetri əmtəəlik məhsulun payına düş­üb. Bu, illik ifadədə 31,2% çoxdur. Belə ki, 2020-ci ildə bu göstərici 3 412,6 mln. kubmetrə bərabər olub.

Caspian Barrel

0

Your Cart