logo

2021-ci ildə Azərbaycanda neft hasilatı 0,1%, qaz hasilatı 23% artıb

Views: 644

Azərbaycanda maye karbohidrogenlərin hasilatını ötən ilki səviyyəyə çatdıra bildi

2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz-kondensatla birlikdə) hasil edilib ki, bu da 2020-ci ilin göstəricisindən 0,1% çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir.

Bundan əlavə, 34 milyon 512,8 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, artım 0,1% olub.

2021-ci ildə Azərbaycanda 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%), 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.

0

Your Cart