logo

Azərbaycan yanvar-sentyabr aylarında $2,5 milyard dəyərində qaz ixrac edib

Views: 440

Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 13 milyard 512,8 milyon kubmetr (artım 38,4%) qaz ixrac edib. Bu haqda Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 498 milyon 404,6 min (azalma 1,4%) təşkil edib.

2020-ci ildə Azərbaycan $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac etmişdi.

Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.

İnterfax

0

Your Cart