logo

“Gazprom” Avropa üçün qiymət proqnozunu artırıb

Views: 205

Gazprom 2021-ci ildə Türkiyə də daxil olmaqla Avropanın MDB olmayan ölkələrinə qaz ixracatının orta qiyməti ilə bağlı proqnozunu min kubmetr üçün 270 dollardan 295-330 dollara qədər artırıb.

Bu barədə “Bloomberg” agentliyi “Wood & Co” analitikinin Rusiya şirkəti rəhbərliyi ilə görüşdən sonra hazırladığı araşdırmaya istinadən məlumat yayıb.

“Gazprom” avqust ayında Avropaya qaz tədarükünə dair açıqladığı proqnozunda 2021 -ci il üçün qiymətləri 269,6 dollara qədər artırdığını bəyan etmişdi.

Eyni zamanda, “Gazprom” 2021 -ci ildə Avropaya 183 milyard kubmetr qaz tədarükü ilə bağlı proqnozunu saxlayır. Bundan əlavə, şirkət 2022 -ci ildə qaz qiymətlərinin min kubmetr üçün 330 dollardan xeyli yüksək olacağını gözləyir.

Qeyd edək ki, ilin əvvəlində “Gazprom” Avropada qazının orta ixrac qiymətini 1000 kubmetr üçün 170 dollar olacağını proqnozlaşdırırdı.

Caspian Barrel

0

Your Cart