logo

Yunanıstan-Bolqarıstan interkonnektorunun inşası ən çətin mərhələni keçib

Views: 162

Yunanıstan-Bolqarıstan interkonnektorunda (IGB) II ikinci üfüqi istiqamətli qazma (Horizontal Directional Drilling – HDD) işləri yekunlaşıb və uzunluğuna görə Avropa İttifaqında bu diametrli qaz qurğularının ilk 5-liyində yer alıb.

“Report” xəbər verir ki, bu barədə IGB-nin internet səhifəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu interkonnektor Bolqarıstandakı “Student Kladenets” bəndini uğurla keçib, bununla da layihənin tarixində ən kritik və çətin konstruksiya mərhələsi arxada qalıb.

Diametri 32 dyüm olan və 1440 metrlik uzunluğa malik horizontal istiqamətli kəmər Yunanıstandakı Axios çayını keçən layihələrin başında gələn TAP layihəsidir.

“Student Kladenets” bəndindən keçən kəmər Maritsa çayındakı 422 metrlik qazıntıdan qısa müddət sonra başlayıb. İşlərin ümumilikdə 150 gün davam edəcəyi nəzərdə tutulsa da podratçı və sub-podratçıların gərgin əməyi nəticəsində proses 2 aydan az müddətə başa çatıb.

Bu, təkcə IGB-nin tikintisinin vaxtında tamamlanması baxımından deyil, regionda məhdud ətraf mühit imkanları şəraitində quşların yuvalarının dağıdılmaması və digər xüsusi qorunmalarla bağlı tələblərin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Qrafik elə planlaşdırılıb ki, rütubətli payız yaxud soyuq qış düşməmiş işlər yekunlaşsın.

Geniş hazırlıqdan sonra pilot qazma işləri avqustun birinci həftəsində başlayıb. Bəndin digər tərəfindəki çıxış nöqtəsinə çatmaq üçün 1 həftəlik detallı dizayndan sonra daha 4 həftə lazım olub.

İşlərin son mərhələsi sentyabrın 9-da 30 əməkdaşın 12-ci əməliyyatından sonra başa çatıb.

HDD çətin proses olsa da IGB üçün yeganə mümkün variant seçilib.

IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

0

Your Cart