logo

Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına müsahibə verib

Views: 33

Energetika naziri Pərviz Şahbazovun Rusiyanın “Нефтегазовая вертикаль” jurnalında müsahibəsi dərc edilib

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir koronavirus (COVID-19) pandemiyasının dünya neft bazarına, o cümlədən Azərbaycanın yanacaq-enerji kompleksinə təsiri, Azərbaycanın da dəstəklədiyi “OPEC plus” sazişinin fəaliyyətinin nəticələri və perspektivləri, xarici investorların cəlbi, o cümlədən investisiyaların stimullaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən nəzərdə tutulan tədbirlər, LUKOIL şirkətinin Azərbaycandakı fəaliyyəti, respublikada enerji layihələrinin həyata keçirilməsinə maraq göstərən xarici neft və qaz şirkətləri, Cənub Qaz Dəhlizi layihəsinin Avropa qaz bazarı üçün əhəmiyyəti, “Qazprom” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq istiqamətləri, ümumilikdə Rusiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının perspektivləri və digər mövzularla bağlı sualları cavablandırıb.


0

Your Cart