logo

Azərbaycan magistral boru kəmərlərindən əldə etdiyi gəliri açıqlayıb

Views: 241

2021-ci ilin I yarısında magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 506,453 milyon manat ($886,1 milyon) təşkil edib.

“İnterfaks-Azərbaycan” agentliyi hökumətin statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 20,9% çoxdur.

Magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 633 milyon 343,6 min manat ($372,6 milyon) gəlir əldə edilib. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə gəlirlərin həcmi 8,2% azalıb.

Magistral qaz kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 873 milyon 109,9 min manat ($513,6 milyon) təşkil edib, artım 49% olub.

Hesabat dövründə magistral neft kəmərləri ilə 17 milyon 458,1 min ton neft (azalma 4,9%), qaz kəmərləri ilə 17 milyard 70,4 milyon kubmetr qaz (artım 9,5%) nəql edilib.

Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 74,9% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 49% Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) payına düşür.

0

Your Cart