logo

Azərbaycan bu il qaz ixracını 35 % artırıb

Views: 168

Bu ilin yanvar-iyul ayında Azərbaycanın xaricə qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 % çoxdur.

Bu ilin yanvar-iyul ayında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 58,4 milyon kubmetr qaz verilib.

0

Your Cart