logo

“Xudafərin” və “Qız qalası” SES-lərinin tikintisi 2024-cü ilədək yekunlaşacaq

Views: 148

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarına media-tur təşkil edilib.

“Report” xəbər verir ki, Araz çayı üzərində və İranla sərhəddə yerləşən hər iki SES-in ümumi gücü 280 MVT-dır.

Stansiyalar haqqında jurnalistlərə məlumat verən Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov qeyd edib ki, elektrik enerjisini istehsal edən hidroqovşaqlar və su elektrik stansiyalarının tikintisinin 2-2,5 ilə yekunlaşması gözlənir.

“Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVT, “Qız Qalası” stansiyasının ümumi gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.

SES-lərinin inşa edilməsi layihəsi Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanıb. Adıçəkilən layihə ilə bağlı hələ SSRİ dönəmində ölkələr arasında müzakirələr aparılmış və müvafiq sənədlər imzalanıb”.

0

Your Cart