logo

TAP kəmərin ötürücülük gücünü 3 ssenari üzrə genişləndirməyi təklif edir

Views: 251

Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu hazırda kəmərin ötürücülük gücünün üç ssenaridə genişləndirməsini təklif edir.

Bunu TAP-ın kommersiya direktoru Mariya Savova bildirib.

Onun sözlərinə görə, konsorsiumun təklif etdiyi birinci ssenari məhdud genişlənmədir ki, bu da boru kəmərinin illik ötürücülük gücünün 14,4 mlrd kubmetrə qədər artırılmasını nəzərdə tutur.

M. Savova deyir ki, digər genişlənmə variantı isə qismən genişlənmədir ki, bu da boru kəmərinin illik olaraq təqribən 17,1 milyard kubmetr ötürücülük gücünə malik olmasıdır.

TAP rəsmisi əlavə edir ki, daha sonrakı ssenari isə tam genişlənmədir ki, bu da illik 20 milyard kubmetr həcmdə təbii qazın ötürülməsini təmin etmək deməkdir.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Report

0

Your Cart