Türkmənistan manatı “qara bazarda” kəskin ucuzlaşıb
Aşqabadın “qara bazarında” dolların dəyəri ötən həftə sonu alış üçün 38,5 manata, satışda isə 39 manata qədər yüksəlib.
Caspian Barrel Türkmənistan müxalifətinin xaricində fəaliyyət göstərən KİVlərinə istinadən xəbər verir ki, ötən həftənin əvvəlində dolların “qara bazardakı” məzənnəsi alarkən 35,5 manat, satarkən 36 manat idi.
Qeyd etmək lazımdır ki, “Qara bazar” Türkmənistan manatının qeyri-eəsmi kommersiya kursudur. Türkmənistan hökuməti 2016-cı ilin yanvarından 1 ABŞ dollarının ölkədə kursunu 3,6 manat təyin edib. 2019-cu ildən isə həmin kursu korrektə edərək 3,5 səviyyəsində dəyişməz saxlayır.
Bu baxımdan Türkmənistan manatının rəsmi kursu ilə “qara bazar” kursu arasında 11 dəfə fərq mövcuddur.
Türkmənistan 2015-ci ildən dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin ucuzlaşmasından sonra daim valyuta sıxıntısı ilə üzləşir.