logo

Özbəkistan qaz nəqletmə sisteminin modernləşdirilməsi üçün 618 mln dollar kredit cəlb edə bilər

Views: 43

Özbəkistan Maliyyə Nazirliyi, Uztransgaz, Rusiya Federasiyası Xarici İqtisadi Əlaqələr Bankı (Vnesheconombank), Rusiya İxrac Kreditlər və İnvestisiyaların Sığortası Agentliyi və Qazprombank Özbəkistanda qaz nəqli sisteminin modernləşdirilməsi layihəsinin həyata keçirilməsində əməkdaşlıq etmək barədə razılığa gəlbilər.

Caspian Barrel “Vnesheconombank”ın dünən yaydığı məlumata istinad edərək bildirir ki, tərəflər 618 milyon dollaradək sindikatlaşdırılmış kredit təşkil etmək imkanını nəzərdən keçirəcəklər.

Rusiya bankı RF məhsullarının Özbəkistanın neft və qaz sektorunda istehlakı üçün şəraitdə maraqlıdır – sindikatlaşdırılmış kredit məbləğinin ən azı 50% -i Rusiya məhsullarının və xidmətlərinin ixrac tədarükü üçün ödəniləcəkdir.
Qeyd edək ki, Özbəkistanın qaz nəqetmə sistemi əsasən Sovet dönəmində yaradılıb. Yalnız Türkmənistan-Çin magistral qaz kəmərinin Özbəkistan hissəsi 2009-cu ildən istismardadır.

0

Your Cart