logo

Özbəkistan İranın dəniz limanları ilə maraqlanır

Views: 43

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 5 aprel tarixində bu ölkədə işgüzar səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Görüş zamanı iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin inkişafı və yeni əməkdaşlıq layihələrinin təşviqi məsələlərinə xüsusi diqqət yetirilb.

Özbəkistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, İran dəniz limanlarından səmərəli istifadə və Özbəkistan-Türkmənistan-İran-Oman nəqliyyat dəhlizinin inkişafı da daxil olmaqla nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın qurulmasının vacibliyi qeyd olunub. 

Qarşılıqlı maraq doğuran beynəlxalq və regional gündəliyin aktual aspektləri, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi və Əfqanıstandakı sülh prosesinin irəliləməsi məsələləri müzakirə edilib.

İran Xarici İşlər Nazirliyinin başçısı isə Özbəkistanın Əfqanıstandakı sülh danışıqlarını asanlaşdırmaq, bu ölkəni regional ticarət və iqtisadi əməkdaşlığa cəlb etmək səylərini yüksək qiymətləndirib.

İran limanları istiqamətindəki dəhlizlər, daha doğrusu Bəndər Abbas limanına  yükdaşımalar artıq mövcuddur və bunlar boyunca nəqliyyat qurulmuşdur. Bu gün Özbəkistanın xarici ticarət yükləri dəmir yolu və iki avtomobil yolu marşrutu ilə Bəndər Abbasa çatdırılır. Keçən il koronavirus pandemiyasına baxmayaraq, İran istiqamətində tranzit 5%, dəmir yolu ilə isə 31% artıb.

Caspian Barrel

0

Your Cart