logo

Koronavirus riskləri neftin qiymətinin azalmasına səbəb olub

Views: 322

Dünya bazarında bu gün səhər saatlarında neftin qiymətində azalma müşahidə olunur.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil edilən “Brent” neftinin iyun fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:36-da 0,72 faiz azalaraq 66,09 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Bu arada WTI neftinin iyun fyuçersləri 0,81 faiz ucuzlaşaraq bir bareli 62,16 dollara satılıb.

Neftin qiymətinin azalmasına səbəb koronavirusun yenidən iqtisadiyyatın və neftə tələbatın dirçəlişi ilə bağlı yaratdığı qeyri-müəyyənlik olub. Belə ki, Asiyanın iki ən böyük neft idxalçısı – Hindistan və Yaponiyada yeni yoluxma halları artmaqdadır ki, bu da karantinin sərtləşdirilməsinə səbəb olur və tələbata təsir edir.

Bundan başqa, Amerika Neft İnstitutunun (API) yaydığı məlumatlar göstərib ki, son bir həftə ərzində ABŞ-da neft ehtiyatları gözlənilmədən 0,4 milyon barel artıb. Bu isə öz növbəsində qiymətlərin azalmasına səbəb olub.

0

Your Cart