logo

EIA I rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Views: 50

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin birinci rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməyib.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – April 2021” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu proqnoz daha öncə mart ayında verilən proqnozla eynidir.

Həmçinin, bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 20 min barel və ya 2,6 % azdır. 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 60 min barel və ya 8,7 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 750 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bundan öncəki proqnozda bu rəqəm 770 min barel təşkil edirdi.

0

Your Cart