logo

SOCAR bu il qeyri-neft ixracından qazancını 27 %-dək artırıb

Views: 67

Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 14,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 3,1 milyon ABŞ dolları və yaxud 26,9 % çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayı ərzində “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 11,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

0

Your Cart