logo

Bu ilin ilk ayında “SOCAR Polymer” ixracdan qazancını 34 %-dək artırıb

Views: 67

Bu ilin yanvar ayında “SOCAR Polymer” MMC 14,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,7 milyon ABŞ dolları və yaxud 33,6 % çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayı ərzində “SOCAR Polymer” MMC xarici ölkələrə 11 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib

Qeyd edək ki, polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

0

Your Cart