logo

Bu il Ceyhan limanından 41 milyon tondan çox neft nəql edilib

Views: 137

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 41,501 milyon barel xam neft nəql edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 57 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 mlrd 612 mln barel xam neft 4 716 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

0

Your Cart