logo

Ruslan Əliyev: “Sabahdan “Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq”

Views: 40

“Sabahdan “Azəriqaz” İstehsalat Birliyi yenə gücləndirilmiş iş rejimində çalışacaq”

 Ruslan Əliyev

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehslat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.

“Bildiyiniz kimi, hava şəraitinin kəskin soyuması gözlənilir. Əslində, biz fevral ayının 17-dən, onsuz da, bu rejimdə çalışırdıq. Ötən dəfə özünüz də müşahidə etdiniz ki, bəzi qəza hallarını çıxmaqla qaz təchizatında dayandırmalar olmadı. Bu dəfə çalışacayıq ki, ümumiyyətlə, belə vəziyyət yaranmasın”, – R.Əliyev bildirib.

R.Əliyev qeyd edib ki, o, abonentlərin yanındadır: “İstənilən vaxt mənə də hər hansı çətin durum barədə məlumat göndərə bilərsiniz”.

0

Your Cart