logo

Qazaxıstanın ən böyük qaz-kondensat yatağının işlənməsinə 27 mlrd dollar kapital xərclənib

Views: 96

Məlumata əsasən, keçən il əməliyyat şirkəti “Qaraçağanaq” yatağından 10.9 milyon ton kondensat və neft hasil edib ki, bu da indiyə qədər əldə edilən tarixi bir maksimumdur

Ümumilikdə yataqdan hasil edilən karbohidrogenlərin (qaz, kondensat və neft) həcmi 143,9 milyon barel neft ekvivalenti təşkil edib.

Bundan əlavə, istismar quyularına 10,4 milyard kubmetr xam qaz vurulub ki, bu da ümumi istehsalın 51,3% -ni təşkil edib. Yəni bu göstəricidən çıxış etsək, 2020-ci ildə “Qaraçağanaq” yatağından ümumilikdə 20,27 milyard kub metr qaz hasil edilib və bunun da yalnız  9,87 milyard kub metri əmtəəlik qaz olub.

Məlumatda bildirilir ki, 2021-ci ilə qədər “Qaraçağanaq” layihəsinə onun səhmdarları tərəfindən 27 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

Xatırladaq ki, 2020-ci ilin dekabrında layihənin iştirakçəları “Qaraçağanak” layihəsinin səhmdarları hasilatın artırılması ilə bağlı onun genişləndirilməsi layihəsinə dair bir müqavilə imzaladılar.

Layihənin məqsədi maye karbohidrogenlərin istehsalını artırmaq və həmçinin quyulara qaz vurulmasını artırmaq üçün 5-ci qaz kompressor qurğusunun və digər əlaqədar obyektlərin inşasını təmin etməkdir.

“Qaraçağanak” yatağı 1979-cu ildə kəşf edilib. 1984-cü ildə yataqda ilk hasilat başlayıb. 1992-ci ildə Qazaxıstan hökuməti bir sıra xarici şirkətlərlə yatağın işlənməsinə dair danışıqlara başlayıb. 1995-ci ildə Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) əsas müddəaları barədə razılıq əldə edilib. 1998-ci ildə kommersiya sazişi imzalanıb.

Layihənin səhmdarları bunlardır:

Caspian Barrel

0

Your Cart