logo

Azərbaycanda əmtəəlik qaz hasilatı 8%-dək artıb

Views: 49

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 3080,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 3075,0 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 3,9 %, (əmtəəlik 4 %) az olub.

Bu ilin ilk ayında ölkədə 3518,4 mln kubmetr təbii qaz hasil edilib. Bu həcmin 2604,4 mln kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin yanvar ayında təbii qaz hasilatı illik müqayisədə 0,6 %, əmtəəlik qaz hasilatı isə 7,9 % artıb.

0

Your Cart