logo

Azərbaycan Türkiyə və Gürcüstana ixrac etdiyi qazın həcmlərini açıqladı

Views: 49

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 1 mlrd 120 mln 220,67 min kubmetr təbii qaz ixrac edib

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə. ötən ay ixrac edilən təbii qazın ümumi dəyəri 100 mln 026,39 min ABŞ dolları təşkil edib.

Bu həcmlərin 1 mlrd 007 mln 604,85 min kubmetri Türkiyəyə, 112 mln 615,82 min kubmetri isə Gürcüstana ixrac edilib.

Türkiyəyə yanvar ayında ixrac edilən təbii qazın ümumi dəyəri 87 mln 629,87 min ABŞ dolları, Gürcüstana isə 12 mln 396,52 min ABŞ dolları təşkil edib.

0

Your Cart