Azərbaycan 2020-ci ildə $8,5 milyard dəyərində neft ixrac edib
2020-ci ildə Azərbaycan 28 milyon 374,2 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 9,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $8 milyard 520 milyon 478,8 min (azalma 41%) təşkil edib.
2020-ci ildə Azərbaycan 13 milyard 839,9 milyon kubmetr (artım 17%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 763 milyon 457,9 min (artım 10,7%) təşkil edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana ixrac edilir.