logo

Avropada qaz ehtiyatları kəskin azaldı

Views: 313

Avropada kəskin soyuqlar yeraltı qaz anbarlarında təbii qaz ehtiyatlarının azalmasına səbəb olub

Demokrat.az-ın məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” təşkilatı bildirib.

Qeyd olunub ki, Avropadakı yeraltı qaz anbarlarından 55,5 milyard kubmetr təbii qaz götürülüb. Bu, ötən ilin bütün qış ayları ərzində götürülən qaz həcmindən 27,6 faiz çoxdur.

Hesabata əsasən, anbarlarda qaz ehtiyatları 11 gün əvvəl 50 faiz ətrafında olsa da, son günlərdə 40 faizdən aşağı düşüb.

0

Your Cart