Ancaq Tarif Şurası ölkə daxilində qaz qiymətlərinin dəyişdirilməsini məqsədəuyğun saymayıb
“Qafqazinfo”nun məlumatına görə, SOCAR Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın satış qiymətinin artırılmasını təklif edib.
Amma təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.