logo

SOCAR-ın “Neftqaztikinti” Tresti “YAŞAT” fonduna 208 min manat pul köçürüb

Views: 43

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı ictimai həyatda bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, şirkətin strukturuna daxil olan digər müəssisələr kimi “Neftqaztikinti” tresti də ötən il sosial layihələrin aktiv iştirakçısı olub. Trestin əməkdaşları, Həmkar İttifaqı Komitəsinin təşəbbüsü ilə, Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i qədər – 207 858 manat vəsait köçürüb.

Bundan başqa, trestin işçiləri 2020-ci ildə COVID-19-la mübarizə tədbirləti çərçivəsində yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna 63 511 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 282 247 manat vəsait köçürüb.

Trestin 26 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak edib. Onların hər birinin iş yeri və əmək haqqı tam saxlanılıb, ailə üzvlərinə maddi yardımlar edilib.

0

Your Cart