2020-ci il ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12,424 mlrd kubmetr həcmində təbii qaz ixrac edib
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 2,191 mlrd ABŞ dolları təşkil edib.
Bu daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə həcm baxımından 0,9 %, dəyər baxımından isə 7,45 % azdır.
Ötən il ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 15,94 % olub.