logo

2020-ci ildə Qazaxıstanın avtomobil sənayesi 53%-dən çox artıb

Views: 463

Pandemiya və maliyyə sektorunun qeyri-sabitliyi ilə əlaqəli qlobal böhrana baxmayaraq, Qazaxıstan Respublikasının avtomobil sənayesi 2020-ci ildə istehsal və satışda əhəmiyyətli bir artım göstərib

Caspian Barrel yerli KİV-lərə istinadən xəbər verir ki, ölkədə avtomobillərin illik istehsal həcmi 2020-ci ildə 77 471 ədədə çatdı ki, bu da 2019-cu ilə nisbətən (50.541 ədəd) müqayisədə 53,3% çoxdur. 

Xüsusilə yük maşınları və avtobus istehsalında artım diqqəti çəkir. 2020-ci ildə yerli fabriklər ümumilikdə təxminən 40% böyümə nümayiş etdirərək 5000-dən çox avtomobil istehsal edib.

Eyni zamanda,  əgər 2019-cu ildə Qazaxıstan Respublikasının maşınqayırma sənayesində avtomobil sektorunun payı 26.3% təşkil edirdisə, 2020-ci ildə bu göstərici  33.4%-ə qədər yüksəliş nümayiş etdirib.

0

Your Cart