logo

“SOCAR Polymer” ixracdan qazancını 25 %-dək artırıb

Views: 74

Bu ilin yanvar-oktyabr aylarında “SOCAR Polymer” MMC 86,9 mln ABŞ dolları dəyərində məhsul ixrac edib

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,1 mln ABŞ dolları və yaxud 24,5 % çoxdur.

Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində “SOCAR Polymer” xarici ölkələrə 69,8 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

0

Your Cart