logo

Rusiya bankı Türkiyədə AES tikintisinə kredit verib

Views: 74

Rusiyanın aparıcı özəl banklarından biri “Sovkombank” Türkiyənin Mersin vilayətində inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün Rusiya Dövlət Atom Enerjisi Agentliyinə (“Rosatom”) 300 milyon ABŞ dolları kredit verib

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, kredit 7 il müddətinə ayrılıb.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında “Akkuyu” AES-in inşasına dair müqavilə 2010-cu ildə imzalanıb. Ümumi gücü 4,8 min meqavat olacaq 4 reaktordan ibarət stansiyanın ilk blokunun 2023-cü ildə istismara verilməsi planlaşdırılır.

0

Your Cart