logo

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Views: 51

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 1,449 milyard kubmetr təbii qaz idxal edib

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% azdır.

On bir ay ərzində Gürcüstan Azərbaycandan ümumi dəyəri 59,8 milyon ABŞ dolları olan 195 min ton neft və neft yağları da idxal edib ki, bu da ötən ilin analoji göstəricisindən 33,2% çoxdur

0

Your Cart