logo

​​​​​​​”Azərişiq” tender keçirir

Views: 106

“Azərişiq” ASC “Ağıllı” şəbəkələrin idarəetmə mərkəzinin server infrastrukturunun yaradılması, məlumat mərkəzləri şəbəkələrinin birləşdirilməsi, çağrı mərkəzinin proqram təminatı, telekonfrans sisteminin tətbiqi, SCADA və şəbəkə sistem avadanlıqlarının üçün açıq tender elan edib

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 26-sı, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 3-ü, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Emil Əliyevdir. Telefon: (012) 440-39-93 (daxili 29-18).

Təkliflərə fevralın 4-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Görüləcək işlərin dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çoxdur.

0

Your Cart