logo

“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq edəcək

Views: 97

“Azərişıq” ASC Almaniyanın “EKM Global Consulting GmbH” şirkəti ilə əməkdaşlıq haqda niyyət sazişi imzalayıb

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sazişə əsasən Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər aparılacaq.

Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsi çərçivəsində müasir və innovativ texnologiyaların cəlb edilməsi ilə bu proses daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır.

Müasir texnologiyalar və mühəndis-texniki həllər layihə-konstruktor işlərinin maksimal effektivliklə aparılmasına geniş imkanlar yaratması, əraziyə getmədən və vaxt itkisinə yol vermədən, işlərinin həyata keçirilməsi imkanları bu əməkdaşlığın müsbət cəhətlərindəndir.

Üçölçülü verilənlərin istifadəsi insan faktorunu aradan qaldırmaqla, səhvlərin və vaxt itkisinin ciddi şəkildə aradan qaldırmağa imkan verir. Əldə olunan dəqiq və faydalı məlumatlar növbəti emal mərhələsi üçün ASC-nin Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək, müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına səbəb olacaq.

Hazırda “Azərişıq” işğaldan azad edilən ərazilərdə, mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlərə start verib.

apa

0

Your Cart