logo

“Gazprom” şirkəti Mərkəzi Asiyadan təbii qaz alışı həcmlərini açıqladı

Views: 326

Rusiyanın “Gazprom” şirkəti 2020-ci ilin yanvar-iyun aylarının yekunu olaraq Mərkəzi Asiya ölkələrindən aldığı təbii qaz həcmlərini açıqlayıb


Caspian Barrel
 xəbər verir ki, bu, “Gazprom”un avrobondların yeni buraxılışı ilə bağlı 2020-ci ilin ilk 6 ayının  məlumatlarına əsaslanan hesabatında öz əksini tapıb.

Həmin hesabata görə, 2020-ci ilin birinci yarısında Türkmənistandan qaz idxalı  artırılıb.

Bu ilin yanvar-iyununda “Gazprom” Türkmənistanda qaz alışını 2019-cu ilin birinci yarısındakı 1,2 milyard kubmetrə qarşı 1,7 milyard kubmetrə qədər artırıb. Yəni Türkmənistandan qaz alışı həcmləri 500 milyon kub metr və ya 41,7% artırılıb.

Hesabata əsasən, 2020-ci ilin əvvəlindən (ən azı iyun ayının sonuna qədər) “Gazprom” Özbəkistandan təbii qaz idxalını həyata keçirməyib. 

Qazaxıstana gəldikdə isə, hesabat dövründə, “Gazprom” təbii qaz alışını keçən ilin birinci yarısındakı 5.4 milyard kubmetrdən 4.1 milyard kubmetrə qədər azaldıb. Daha doğrusu, Qazaxıstandan qaz idxalı 1,3 milyard kub metr və ya 24,1% azalıb.

0

Your Cart