logo

Ermənilərin “Smerç”lə vurmaq istədiyi “Bakı-Tbilisi-Ceyhan”dan – Video

Views: 126

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-sı saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib. Amma  Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Əməkdaşımızla söhbətində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşı Qadir Namazəliyev bildirib ki, düşmənin atdığı raket “Smerç” tiplidir.

Qafqazinfo.az

0

Your Cart