logo

BP Bakı-Ceyhana görə narahatlığını bildirdi

Views: 171

Biz Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq.

Caspian Barrel-in sorğusunu cavablandıran “BP-Azerbaijan” şirkətinin
mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki,  “xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq”.

Onun sözlərinə görə, BP-nin Azərbaycanda əməliyyatçısı olduğu bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik.

“Bir daha, biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri  çərçivəsində öz ədalətli həllini tapacaq”, deyə
“BP-Azerbaijan” şirkətinin sözçüsü bildirib.

0

Your Cart