Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak “Cənubi Qafqazda enerji təhlükəsizliyi” adlı bəyanat verib
Bu barədə “Report”a Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, bəyanatda Baş katib beynəlxalq öhdəliklərə uyğun davranılmasına, mühüm enerji infrastrukturuna təsir göstərə biləcək yaxud enerji təchizatını əhəmiyyətli dərəcədə poza və yaxud dayandıra biləcək hər hansı hərəkətdən çəkinilməsinə çağırış edilib.
Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Enerji Xartiyası Katibliyinə və digər beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatlar və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlayıb.